Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirildi – TƏFƏRRÜATbackend

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirildi - TƏFƏRRÜAT

Yevlaxda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

KONKRET.az xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Toyun iştirakçıları olan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlu ilə 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman E.Abışova kəsici-deşici alətlə ağır xəsarət yetirilib. O, aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayev isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

19:52

İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*