Əsgərliyə müvəqqəti yararsız olanlar məcburi müalicəyə cəlb olunacaq? – VACİB AÇIQLAMAbackend

Əsgərliyə müvəqqəti yararsız olanlar məcburi müalicəyə cəlb olunacaq? - VACİB AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararsız hesab olunan çağırışçıların müalicəyə cəlb olunması ilə bağlı yeni yanaşma gündəmə gəlib. Yeni qaydalara əsasən, sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsız sayılan şəxslərin dövlət hesabına müalicə olunaraq sonradan hərbi xidmətə hazırlanması nəzərdə tutulur. Bu mexanizm çağırışçıların hansı formada müalicəyə yönləndiriləcəyini və prosesin necə həyata keçiriləcəyini gündəmə gətirir: müvəqqəti yararsız hesab edilən şəxslər hansı qaydada məcburi müalicəyə cəlb olunacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bəzi xəstəliklər çağırışçıların dərhal hərbi xidmətə aparılmasına imkan vermir:

Hərbi-ekspert Ədalət Verdiyev həbs edildi Pravda.az

“Buna görə də dövlət həmin çağırışçıların dövlət hesabına müalicəyə cəlb olunması üçün tədbirlər görür. Bu tədbirlər nəticəsində həmin çağırışçılar öncə müalicəyə cəlb olunur. Tam sağaldıqdan sonra onların hərbi xidmətə çağırılması mümkün olur. Bu addımın atılması ilk növbədə vətəndaşlarımızın sağlamlığına qovuşmasını, həm də onların orduda xidmətə çağırılmasını təmin edir”.

Yeni dəyişikliklərin icrası çərçivəsində müvəqqəti yararsız hesab olunan çağırışçıların tibbi müayinədən keçirilməsi, onların müalicə müəssisələrinə yönləndirilməsi və sağaldıqdan sonra yenidən hərbi-həkim komissiyasından keçirilməsi nəzərdə tutulur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*