TƏCİLİ: ABŞ və Çin “Hörmüz”ün taleyini HƏLL ETDİbackend

TƏCİLİ: ABŞ və Çin "Hörmüz"ün taleyini HƏLL ETDİ

ABŞ və Çin hesab edir ki, heç bir ölkə və ya təşkilat Hörmüz boğazı kimi beynəlxalq su yollarından keçidə görə ödəniş tələb etməməlidir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, razılıq ABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri arasında aprelin 30-da baş tutan telefon danışığı zamanı əldə olunub. Dövlət Departamenti bu informasiyanı ABŞ Prezidenti Donald Trampla Çin sədri Si Cinpin arasında Pekində keçiriləcək sammit ərəfəsində açıqlayıb. Görüşdə İran məsələsinin də müzakirə olunacağı gözlənilir.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Pigqott bildirib ki, tərəflər Hörmüz boğazı kimi beynəlxalq su yollarından keçid üçün heç bir ölkə və ya təşkilatın ödəniş tələb edə bilməyəcəyi barədə ortaq mövqedədirlər.

Vaşinqtondakı Çin səfirliyi isə məlumatı təkzib etməyib. Diplomatik nümayəndəlikdən qeyd olunub ki, boğazdan maneəsiz keçidin təmin edilməsi beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğundur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*