İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə ehtimal olunan səfəri barədə yayılan məlumatlara münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Əraqçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, “Netanyahu artıq İran xüsusi xidmət orqanlarının ölkə rəhbərliyinə çoxdan çatdırdığı məlumatları açıq şəkildə təsdiqləyib”.
İran XİN başçısı İsraillə əməkdaşlıq edən tərəfləri də sərt şəkildə tənqid edib:
“Böyük İran xalqına qarşı düşmənçilik ağılsız avantüradır. Bu məsələdə İsraillə gizli əməkdaşlıq bağışlanmazdır. İsraillə birlikdə nifaq yaratmağa çalışanlar cavab verməli olacaqlar”, – deyə Əraqçi bildirib.
Qeyd edək ki, son günlər İsrail baş naziri Benyamin Netanyahunun BƏƏ-yə mümkün səfəri ilə bağlı müxtəlif məlumatlar yayılıb. Rəsmi tərəflər isə hələlik bu xəbərləri təsdiqləməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
