24 yaşlı youtuber Avropa Parlamentinin üzvü seçildibackend

24 yaşlı youtuber Avropa Parlamentinin üzvü seçildi

Cənubi Kiprdə Avropa Parlamenti seçkilərinə müstəqil olaraq qatılan 24 yaşlı youtuber Fidias Panayotu millət vəkili seçilib.

KONKRET.az xəbər verir ki, İyunun 6-9-da Avropa İttifaqının  27 üzvündə Avropa Parlamentinə seçkiləri keçirilib.

Qeyri-rəsmi nəticələrə görə, mühafizəkar sağ mərkəzçi Demokratik Səfərbərlik Partiyasından 24,8 faiz səs toplayan 2 deputat Avropa Parlamentinə daxil olmaq hüququ qazanıb.

Solçu Fəhlə Xalqın Tərəqqi Partiyası 21,5 faiz səslə, ifrat sağçı və mühacir əleyhinə olan Milli Xalq Cəbhəsi 11,2 faiz səslə parlamentdə bir mandat qazanıb və Demokrat Partiyası 9,7 faiz səslə uğur qazana bilib.

Beləliklə, Cənubi Kipr Rum Administrasiyasından Avropa Parlamentinə 6 üzv göndəriləcək.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*