“28 Mall”dan oğurluq edən şəxs tutuldubackend

"28 Mall"dan oğurluq edən şəxs tutuldu

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki “28 Mall” ticarət mərkəzində baş verib. Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır./trend/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*