“3 uşağı olanlar pensiyaya tez çıxsın” təklifi — “Özləri xahiş edir ki, 1 il də artırın, işləyək”backend

“3 uşağı olanlar pensiyaya tez çıxsın” təklifi — “Özləri xahiş edir ki, 1 il də artırın, işləyək”

“Seçicilərimizlə tez-tez əlaqədə oluruq. Bəzən görürsən ki, həkimdir, müəllimdir, yaxud digər bir sahənin nümayəndəsidir. Onların bir çoxu təqaüd həddinə çatarkən xahiş edir ki, qoyun pensiyaya çıxma yaşını 1 il də artırsınlar, işləyək”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

O bildirib ki, 65 yaş pensiya üçün normaldır:

“Mən belə başa düşürəm ki, təqaüd yaşı hər bir fərdin özünün fiziki vəziyyətindən asılıdır. Əgər insan özündə güc tapırsa, əmək qabiliyyətini yüksək hiss edirsə, 65 yaş çox normal yaşdır. Bu, həm də insanı mənəvi cəhətdən ayaq üstə saxlayır. İnsanı stimullaşdıran amillərdən biri də onun daim işə getməsi, işləməsidir”.

Deputat qeyd edib ki, çoxuşaqlılığın stimullaşdırılması üçün dövlət onsuz da müxtəlif tədbirlər görür:

“65 yaş pensiya üçün normal yaşdır. Müəyyən güzəştlərin həyata keçirilməsinə gəlincə, kiminsə 3 uşağı var və 65 yaşına qədər işləmək istəyirsə, onlara imkan yaratmaq lazımdır ki, işləsin. Çoxuşaqlılığın stimullaşdırılması üçün digər tədbirlərin həyata keçirilməsi istiqamətində onsuz da dövlət tərəfindən addımlar atılır”.

A.Hüseynov vurğulayıb ki, müraciətlər onu göstərir ki, 65 yaş pensiya üçün hələlik normal yaşdır:

“Fikrimizi bir az sadələşdirək. Uzun müddət olan çoxsayılı müraciətlərə əsasən, 65 yaş hələki pensiya üçün normal yaş hesab olunur. Çoxuşaqlı ailələrin büdcəsinin təmin olunması, bu tip ailələrə başqa hər hansı dəstəyin olması üçün dövlətin müvafiq tədbirləri var. Bu sosial tədbirlər getdikcə daha da genişlənir”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin noyabrın 5-də baş tutan birgə iclasında deputat Əli Məsimli 3 və daha çox uşağı olan ailə nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasını təklif edib.

  • Meryem
    Noyabr 9, 2025 - 11:15

    Qərar qəbul olunsa yaxşı olar. Həm gənclərə yol açılar.Bu çətin şəraitdə ışləməkdənsə nə evde oturdun, nədə işdə . Pensiya və maaş onsuzda azdır. Acıq, sinir olunca ev yaxşıdır mənə görə

  • Araz
    Noyabr 10, 2025 - 12:40

    Əli Məsimli çox gözəl təklif irəli sürüb. Bu təklif qəbul etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*