Mebel almaq istədi, aldandı – VİDEObackend

Mebel almaq istədi, aldandı - VİDEO

Mebel almaq istəyən şəxs aldadılıb.

KONKRET.az xəbər verir ki, paytaxt sakini Ulduz İbadov dələduzluqla üzləşdiyini iddia edir. O bildirir ki, tiktokda gördüyü Hacıoğlu mebel səhifəsindən 500 manat dəyərində mebel sifariş edib, bunun üçün əvvəlcədən səhifə sahibinə beh də ödəyib.

Şikayətçi bildirir ki, sözügedən mebel şirkətinin iri ticarət  mərkəzlərindən birində yerləşdiyi bildirilib. Ulduz İbadov mebelin çatdırılacağı vaxtda yenidən şirkətlə əlaqə saxlayıb. Lakin onun zənglərinə  cavab verilməyib və aldığı mebel də ona çatdırılmayıb.

Vətəndaşın mebel aldığı Hacıoğlu mebel şirkəti ilə əlaqə saxlamağa  çalışdıq. Lakin onların tiktok səhifələrində qeyd etdikləri nömrənin işləmədiyini gördük. Vətəndaş artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etdiyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*