Yardımlıda məktəb direktoru vəfat etdibackend

Yardımlıda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.

Son illərdə isə təhsil müəssisəsinə rəhbərlik edib. O, həmçinin Vərgədüz kənd bələdiyyəsinin üzvü kimi ictimai fəaliyyətlə məşğul olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*