Sabirabadda yol-nəqliyyat hadisəsində ölən məktəblinin şəxsiyyəti məlum olub.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, ölən şəxs 2011-ci il təvəllüdlü P.Həsənlidir.
Hadisə noyabrın 7-də Sabirabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, Tural Əliyev idarə etdiyi VAZ-2106 markalı avtomobillə rayon sakini P.Həsənlini vurub.
Xəstəxanaya yerləşdirilən yeniyetmə orada vəfat edib.
