“30-cu illərdə 40-45 yaşlı kişilər azyaşlı qızlarla evlənirdilər” – Əhməd Qəşəmoğlubackend

"30-cu illərdə 40-45 yaşlı kişilər azyaşlı qızlarla evlənirdilər" - Əhməd Qəşəmoğlu

Azərbaycanda yaşı 100-dən çox olan 270 pensiyaçı var. Onların 36 nəfəri kişi, 234 nəfəri isə qadındır.

Bəs görəsən qadınların kişilərə nisbətdə daha uzunömürlü olmasının səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, burada iki amil rol oynayır:

“Bu amillərdən biri qadınların bioloji imkanlarıdır. Bu da onların həyat şəraiti ilə bağlıdır. Çünki onlar daha çox hərəkətdə olurlar. Həmçinin qadınlar dünyaya uşaq gətirəndə onların orqanizmində qanın təmizlənməsi baş verir, eyni zamanda kişilər qədər təhlükəli işlərlə məşğul olmurlar. Bununla yanaşı qadınlar kişilərdən daha çox sağlamlıqlarına diqqət yetirirlər.

Digər amil isə sosial xarakterlidir. Bir vaxtlar, sovet dövründə, 1930-cu illərdə bir çox yaşlı kişilər gənc qızlarla evlənirdi. Baxırdın ki, 40-50 yaşlı kişilər 15-20 yaşlı qızlarla ailə qurub. Əhalinin siyahıya alınması zamanı həmin kişilər sovet rejiminin qorxusundan müxtəlif yollarla həyat yoldaşlarının yaşını çox yazdırırdılar. Xatırlayıram ki, anamla eyni yaşda olan bir xanım var idi. Anamın yaşı 79 olanda onun 100 yaşı olmuşdu. Buna görə qəzetlər həmin xanımdan yazırdı. Biz də anamla bir-birimizə baxıb gülürdük. Bunun səbəbi isə o idi ki, kəndin mollası o xanımla 16-17 yaşı olanda evlənmişdi, siyahıya alınma zamanı da onun yaşını 21 yaş böyük yazdırmışdı. Mən bunu sonradan maraqlananda gördüm ki, bu tək bizim kənddə olan hadisə deyil. O dövrdə bu, ölkədə geniş yayılmış hal idi”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*