Anapada xilasedicilər uçurumdan yıxılaraq sağ qalan qadını yamacdan çıxarıblar.
KONKRET.az xəbər verir ki, xilasedicilər rus qadının 30 metr hündürlüyü olan sıldırım yamacdan yıxıldığı barədə məlumat alıblar.
Onlar alpinist avadanlıqlarından istifadə edərək zərərçəkmişi xilas ediblər. Hadisədən sonra qadının tibbi yardıma ehtiyacı olmayıb.
Rus qadının niyə oraya qalxdığı barədə məlumat verilmir.
Burhan,
KONKRET.az
