33 yaşlı qızı soymaqda şübhəli bilinən azərbaycanlı saxlanıldı – Rusiyadabackend

33 yaşlı qızı soymaqda şübhəli bilinən azərbaycanlı saxlanıldı - Rusiyada

Konkret. az xəbər verir ki, Virtualaz.org Rusiya mənbələrinə istinadən bu məlumatı yayıb. Belə ki, polislər həmin şəxsi 33 yaşlı qızı soymaqda şübhəli bilirdilər. Soyğunçu bıçaqla təhdid edərək qızın bahalı smartfonunu ələ keçirib. Qız xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Polislər şübhəlini Obuxovskiy Oborona küçəsində sahibsiz avtmobilin içərisində yatarkən tapıblar. Onunla dialoq qurmaq mümkün olmayıb. Adam polisləri bıçaqla vurmaq istəyib, sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində gizlənərək qaçmağa çalışıb. Polislər onu yaxalamaq istəyəndə şübhəli fəal müqavimət göstərib, onları dişləyib və yaralayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*