Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda IV mərhələyə vəsiqə qazanan Maqnus Karlsen istirahət gününü səmərəli keçirməyə çalışıb.
Bu barədə KONKRET.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
FIDE reytinqində lider olan norveçli şahmatçı qolf oynayıb.
Qeyd edək ki, beşqat dünya çempionu 2022-ci ildən şahmat tacı uğrunda yarışda iştirakdan imtina edib.
