Müğənni Mənzurə Musayeva ATV-də yayımlanan “7 canlı” axşam şousunda zinət əşyalarından bəhs edib.
KONKRET.az xəbər verir ki, Musayeva barmağındakı üzüyün qiymətini də açıqlayıb:
“Gümüşə, bijuteriyaya pul vermirəm. Onlara pul xərcləməyə heyifim gəlir. İki zinət əşyası olsun, amma dəyərli və qiymətli olsun. Çünki sadə bir aksesuara pul verəndə elə bilirəm ki, o pulu saldım itirdim. Qaşsız zinət əşyalarını sevirəm. Amma qaşlı olan qızıllarım da var. Əlimdə gördüyünüz bu üzüyü 4000 manata almışam. O qədər zinət əşyalarımı itirmişəm ki…”
