44 günlük Vətən müharibəsinin yaddaşımıza əbədi yazılan GERÇƏKLƏRİbackend

44 günlük Vətən müharibəsinin yaddaşımıza əbədi yazılan GERÇƏKLƏRİ

Azərbaycan xalqı 30 il Qarabag həsrəti ilə yaşadı. İşğal uzansa da ümidimizi heç vaxt itirmədik, inanırdıq ki, Azərbaycan dövləti, onun rəhbəri uyğun bildiyi zamanda hücum əmri verəcək. Nəhayət, həmin əmr verildi. Həmin əmr isə bizi layiq olduğumuz, həsrətini çəkdiyimiz qələbəyə apardı.

Ona qədər isə uzun və ağrılı proseslər yaşanmışdı.

Problemi diplomatik yolla həll etməyə çalışdığımız uzun illər ərzində qarşı tərəf hər vəchlə danışıqlardan yayınır, işğal altında olan torpaqlarımızın bir qarışını belə qaytarmaq istəmirdi. Ermənistan işğalçılıq ritorikasını dəyişmir, əksinə, ölkəmizi hədələməkdən belə çəkinmirdi. Hətta atəşkəsın pozulacagı təqdirdə nəinki Aran Qarabagı işgal edəcəklərindən, hətta tanklarının Bakıya qədər gələcəyini bəyan edirdilər.

Ölkəmizdə isə düşmənin torpaqlarımızdan qovulması üçün bütün zəruri tədbirlər götür-qoy edilir, ümidlər isə Ordumuza yönəlmişdi. Hər kəs Müzəffər ordumuzdan qələbə gözləyirdi. Göründüyü kimi zaman xeyrimizə işləyirdi. Ümidlərimiz böyük idi. Silahlı qüvvələrimizin Qazax rayon istiqamətində düşmənə vurdugu sarsıdıcı zərbələr hamımızı ruhlandırmışdı. Necə deyərlər, qələbə kiçik olsa da, üstünlük bizdə idi. Nəhayət sentyabrın 27-də döyüş əmri verildi.

Azərbaycanın Siahlı Qüvvələri, cəngavərlərimiz döyüş meydanına atıldı. Bütün istqamətlərdən düşmənin başına od ələməyə başladı. Müharibənin ilk günlərindən qarşı tərəf çaş-baş qalaraq döyüş meydanını tərk edirdi. Başı bəlalar çəkmiş Qarabagda qan su yerinə axırdı. Müharibənin dayandırlması üçün qonşu ölkələrdən çağrışlar da çoxalırdı.Lakin düşmən təsilm olmaq istəmirdi. Müharibə isə davam edirdi.44 gün ərzində  üç dəfə Hümanitrar atəşkəs elan olundu. Amma Ermənistan tərəfi jeç vaxt buna əməl etmədi.

Müharibənin ilk günlərində Suqovuşan və Cəbrayıl rayonun bir neçə kəndi işğaldan azad olundu. Silahlı Qüvvələrimiz bütün istiqamətlərdən düşmənə agır zərbələr vurur və hər gün ərazilərimizin bir qismi geri qaytarılırdı. Beləcə “dəmir yumruq əməliyyat”ı adı altında davam edən 2-ci Qarabag savaşı düşmənin belini qırmışdı. Agır döyüşlərdə 2907 hərbçimiz qəhrəmancasına şəhid oldu. Aralarında 100-ə yaxın uşaqlar olmaqla çoxsaylı mülki şəxs həlak oldu, 400 nəfərə yaxın şəxs isə yaralandı. 2406 fərdi ev, 92 çoxmənzilli bina, 423 mülki obyekt yararsız hala düşmüşdü.

Ətraf rayonlar isə raket atəşinə tutulmuşdu. Sentyabrın 27-dən başlayaraq noyabrın 9-a qədər davam edən İkinci Qarabag savaşında 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Razılaşmaya əsasən noyabrın 20- də Agdam şəhəri, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın şəhəri Azərbaycana təhvil verildi. 2022-ci il avqust ayının 26-da isə Laçın şəhəri, Zabux və Susu kəndləri geri qaytarıldı, bununla da üç rayonun sülh yolu ilə qaytarılması prosesi başa çatdı. Artıq ölkəmizin ərazi bütövlöyü təmin olunmuşdu, Laçın rayonu ərazisində sərhəd keçid məntəqəsi fəaliyyətə başlamışdı. Amma ölkəmizin ərazisində hələ də ermənistan silahlı qüvvələrinin tör-töküntüləri qalmaqda idi. Xankəndi, Xocalı, Əsgəran, Agdərə və ətraf kəndlərdə qanunsuz silahlı dəstələr narahatlıq yaradırdı. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz hərbi birləşmələr ərazilərimizi tərk etmək istəmirdilər.

Bütün bunlar isə antiterror əməliyyatlarının həyata keçirilməsini qaçılımaz edirdi. Üstəlik, erməni terrorçularının polis əməkdaşlarımıza qarşı hücumu və digər səbəblər antiterror əməliyyatlarını tezləşdirdi. Sentyabr ayının 19-da baş verən hərbi əməliyyat bir gün ərzində yekunlaşdı. Qanunsuz hərbi birləşmələr sag qalmaq üçün ag bayraq qaldırdılar. Beləliklə, sentyabrın axırına kimi vaxtıilə soydaşlarımızı qətlə yetirən, onların ev-eşiklərinə sahib çıxan ermənilər ərazilərimizi tərk etdilər. Bununla da Qarabag və Şərqi Zəngəzurda dinc həyat bərpa olundu.

Azərbaycan Silahlı Qüvvələri işğalda qalan torpaqlaımızı azad etməklə, bölgədə sülh və sabitliyin təminatçısı olmaqla dünya miqyasında sayılıb-seçilən ordulardan biri olduğunu sübut etdi. Beləliklə Prezident Ali Baş komandan İlham Əliyevin qətiyyəti ilə sentyabrın 27-dən başlayan əmələyiyyat 44 günə Ermənistanı kapitulyasiyaya məcbur etdi. Ölkəmizin suverenliyi tam bərpa olundu. 30 illik münaqişəni 44 günə başa çatdıran Şanlı ordumuz dünya hərb tarixinə  öz qəhrəmanlıq səlnaməsini yazdı. Xalqımızın tapdalanmış qürurunu özünə qaytardı. Ona görə də 44 günlük savaş tariximiz qürur mənbəyimiz olaraq tariximizə qızıl hərflərlə yazıldı.

Vaqif Nəcəfov.

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə baglı həqiqətlərin dünya ictimaiətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*