“Bu günə kimi aparılan monitorinqlərin nəticəsində 44 hüquqi və fiziki şəxs cərimə edilib, 23 obyektin fəaliyyətinin dayandırlması üçün məhkəmələrə müraciət olunub. 165 obyektə isə, icrası məcburi olan “göstərişlər” verilib.”
Ekologiya və Təbii sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün, nazirlikdə keçirilən mətbuat konfransında belə söyləyib.
İradə İbrahimova həmçinin bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzərin çirkləndirilməsi məsələsi gündəmdə saxlanılacaq.
“Bu gün əsas fəaliyyət hədəflərimizdən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Çünki Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmazsa, gələcəkdə ağır nəticələrə gətirib çıxarar”.
