“ABŞ milli maraqlardan çıxış edərsə, Vaşinqtonun Rusiya və Ukrayna münaqişəsi ilə bağlı siyasəti dəyişə bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib, Vaşinqtonu ancaq ABŞ-ın liderliyi maraqlandırır:
“ABŞ- nin Rusiya və Ukrayna ilə bağlı siyasətində dəyişiklik o zaman mümkündür ki, birləşmiş ştatlar seçkilərdən sonra hegemonluq haqqında deyil, ölkəni gücləndirmək haqqında düşünsün”, – deyə Putin əlavə edib.
Burhan,
KONKRET.az