5 milyon manata yaxın vəsait dövlət büdcəsinə KÖÇÜRÜLDÜbackend

5 milyon manata yaxın vəsait dövlət büdcəsinə KÖÇÜRÜLDÜ

Bu il notariat hərəkətlərinin rəsmiləşdirildiyi əməliyyatlarla bağlı 5 milyon manata yaxın vəsait dövlət büdcəsinə köçürülüb. 

KONKRET.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Kollegiyada iqtisadi münasibətlərin inkişafında və vətəndaşların mülki hüquqi məsələlərinin həllində önəmli rol oynayan notariat və qeydiyyat orqanlarının işinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirlər qeyd olunub.

Cari ildə 2.2 milyona yaxın notariat hərəkətlərinin rəsmiləşdirildiyi, bu əməliyyatlarla bağlı 5 milyon manata yaxın vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 23 milyon manatdan artıq verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*