5 rayon və Bakının iki rayonunda işıq kəsiləcəkbackend

5 rayon və Bakının iki rayonunda işıq kəsiləcək

Bu gün Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının, həmçinin Ağdaş, Tərtər və Yevlax rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də bir sıra transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq:

Yasamal rayonunda İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bəzi hissələrində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov rayonunda Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə olacaq.
Ağdaş rayonunda Qaradağlı kəndində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Tərtər rayonunda Bəyimsarov, Kövdadıq və Rəcəbbəyli kəndlərinin bir hissəsində saat 10:00-dan 14:00-dək fasilə yaranacaq.
Yevlax rayonunda Aşağı Bucaq, Ərəş, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu, Meyvəli və Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 16:00-dək planlı fasilə tətbiq ediləcək.

“Azərişıq”dan bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*