54 yaşlı Qusar sakinini avtomobil vurubbackend

54 yaşlı Qusar sakinini avtomobil vurub

Gəndob-Yalama yolunda 54 yaşlı kişini avtomobil vurub.

KONKRET.AZ-ın Şimal bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yolun 22-ci km-də baş verib.

“Mercedes” markalı avtomobil 1965-ci il təvəllüdlü Ərzimanov Gülməhəmməd Şövkət oğlunu vurub.

Qusar rayon sakini hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, 54 yaşlı kişi Xaçmazda fermada işləyirmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*