600-dən çox beynəlxalq şirkət Rusiyanı  TƏRK EDİB – STATİSTİKAbackend

600-dən çox beynəlxalq şirkət Rusiyanı TƏRK EDİB - STATİSTİKA

Ukraynadakı müharibə səbəbindən 600-dən çox şirkət Rusiya bazarından tamamilə çıxıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yel Universiteti araşdırma aparıb.

Universitet fevralın 24-də Rusiyanın başlatdığı müharibədən sonra mindən çox beynəlxalq şirkəti izləyib.

Bildirilib ki, yanacaq, onlayn alış-veriş və hava yolu şirkətləri də daxil olmaqla 600-dən çox şirkət Rusiya bazarından tamamilə çıxıb. Bəzi şirkətlərin sadəcə olaraq müharibə ilə əlaqədar fəaliyyətlərini dayandırdıqları müşahidə olunub.

Fəaliyyətlərini dayandıran şirkətlər arasında daha çox qida və fəstfud şirkətlərinin olduğu bildirilib.

Digər tərəfdən elektron cihazları istehsal edən və satan şirkətlərin heç bir tədbir görmədiyi müşahidə edilib.

Yel Universitetindən verilən açıqlamada bildirilib ki, bəzi şirkətlər yalnız sanksiyalar çərçivəsində hərəkət edib, bəziləri isə sanksiyalara reaksiya verərək bazarı tamamilə tərk edib.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*