Alyaskada daha bir təyyarə qəzası – 4 nəfər öldübackend

Alyaskada daha bir təyyarə qəzası - 4 nəfər öldü

Alyaskanın sağ sahilində kiçik təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Təyyarə eyniadlı uzaq sahil şəhərinin yaxınlığında yerləşən Seldoviya-Slu boğazına düşüb.

Alyaskanın İctimai Təhlükəsizlik Departamentindən bildirilib ki, “Piper PA-24” təyyarəsi Ankoricdən havalandıqdan sonra Seldoviya aeroportuna doğru istiqamət alıb. Aeroport Ankoricdən təxminən 219 km cənub-qərbdə yerləşir.

Düşdükdən sonra təyyarə sahildən çox da uzaq olmayan ərazidə, təxminən 4,6 metr dərinlikdə tamamilə suyun altına batıb. Xilasedicilər qəza yerinə yaxınlaşa bilmək üçün qabarma prosesinin bitməsini gözləməli olublar.

Polis əməkdaşları təyyarədən dörd yetkin şəxsin cəsədini çıxararaq məhkəmə-tibbi ekspertizası bürosuna göndəriblər. Həlak olanların adları hələlik açıqlanmır; hakimiyyət orqanları əvvəlcə onların yaxınlarını məlumatlandırmalıdır.

Fəlakətin səbəbi hələlik məlum deyil. Təhqiqatı ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) aparır.

Bu qəza Alyaskada qeydə alınan başqa bir aviasiya qəzasından bir neçə gün sonra baş verib. Əvvəlki qəza zamanı səkkiz nəfər həlak olmuşdu. Həmin təyyarə ştatın qərb hissəsində yerləşən uzaq hərbi obyektdə eniş edərkən qəzaya uğramışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*