66 min manatlıq vergi borcu ilə bağlı Xəzər Universitetindən AÇIQLAMA – ÖZƏLbackend

66 min manatlıq vergi borcu ilə bağlı Xəzər Universitetindən AÇIQLAMA – ÖZƏL

Bu günlərdə yerli mediada Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya məktəbinin dövlətə külli miqdarda vergi borcunun yarandığı haqda məlumatlar yayıldı. Belə ki, şirkətin bu günə olan vergi borcunun 66 min 389 AZN (66389.43 AZN) təşkil etdiyi bildirildi. Qeyd edəki, Xəzər Universitetinin “Dünya məktəbi”ndə Azərbaycan, Rus bölmələri üçün ödənişlər siniflərdən asılı olaraq illik 7-11 min manat arasında dəyişir. Bu qədər yüksək təhsil haqqı alan bir təhsil ocağının dövlətə küllü miqdarda vergi borcunun yaranması müəyyən suallar doğurub.

Məsələ ilə bağlı KONKRET.az-a danışan Xəzər Universitetinin İctimayətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli məsələnin artıq həll edildiyini bildirib: “Bu borc deyil. Həmin bəyannamə mühasibimiz tərəfindən yanlış verilib. Sonradan texniki səhv düzəldilib. Burada böyüdüləcək heç nə yoxdur” – Əmirbəyli vurğulayıb.

No description available.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*