7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldıbackend

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Caracol” telekanalı məlumat yayıb.

* Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı

Hökumət orqanlarının məlumatına görə, Kibo şəhərində zəlzələ nəticəsində azı üç bina dağılıb. Onlardan birinin dağıntıları altında altı nəfərin qala biləcəyi ehtimal olunur. Pereyra şəhərində də ciddi dağıntılar qeydə alınıb.

Milli Risklərin İdarə Edilməsi Bölməsinin direktoru Xavyer Pavanın sözlərinə görə, güclü yeraltı təkanlar ölkənin doqquz departamentində və 32 inzibati mərkəzin hamısında hiss olunub.

Məmurun sözlərinə görə, hazırda vəziyyətin ilkin qiymətləndirilməsi yerli hakimiyyət orqanları tərəfindən aparılır.

Qeyd edək ki, daha əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Kolumbiyada 7.4 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb. Hakimiyyət orqanları zərərçəkənlərin olduğunu bildiriblər, lakin onların sayı dəqiqləşdirilməyib.\\oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*