Bu gün “7Times.az” informasiya agentliyinin media məkanında fəaliyyətə başlamasından 6 il ötür.
6 il əvvəl fəaliyyətə başlayarkən qarşımıza qoyduğumuz əsas məqsəd cəmiyyətə dəqiq, tərəfsiz, operativ və etibarlı xəbər çatdırmaq idi.
Ötən 6 il ərzində “7Times.az” sadəcə bir xəbər saytı olmadı; tərəfsiz informasiya məkanı, cəmiyyətin səsi və oxucularının inandığı bir media platformasına çevrildi.
Qazandığımız hər bir uğurun, keçdiyimiz hər bir məsuliyyətli yolun arxasında siz dəyərli oxucularımızın bizə olan sonsuz inamı dayanır.
Bizi ilk gündən izləyən, xəbərlərimizə güvənən, rəy və təklifləri ilə inkişafımıza təkan verən hər bir oxucumuza, eləcə də fəaliyyətimizdə əməyi keçən bütün komandamıza dərin təşəkkürümüzü bildiririk.
İnanırıq ki, bundan sonra da dinamik fəaliyyətimizi davam etdirərək, daha böyük layihələrə və yeniliklərə imza atacağıq.
6 illik media yolçuluğumuzda bizimlə olduğunuz üçün təşəkkür edirik!
