Hindistanın Çattisgarh ştatında 8 yaşlı uşaq tərəfindən iki dəfə dişlənilən zəhərli kobra ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə “The New Indian Express” nəşri məlumat yayıb.
Bildirilib ki, səkkiz yaşlı uşaq həyətyanı sahədə oynayarkən onu kobra dişləyib. Qoluna sarılan kobradan xilas ola bilməyən uşaq onu iki dəfə dişləyib.
O, hadisə barədə agentliyə danışıb:
“İlan əlimə dolanaraq məni sancdı. Çox ağrıyırdım. Ondan xilas ola bilməyəndə iki dəfə bərk dişlədim. Hər şey bir anda baş verdi”.
Bildirilib ki, kobra uşağı sancan zaman zəhər buraxmayıb. Xəstəxanadan buraxılan uşağın vəziyyəti yaxşıdır.
İqbal Rzayev,
KONKRET.az
