9 illik bazadan kolleclərə ixtisas seçimi edənlərin sayı açıqlandıbackend

9 illik bazadan kolleclərə ixtisas seçimi edənlərin sayı açıqlandı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi edənlərin sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 15:00-dək ümumilikdə 13 180 nəfər ixtisas seçimində iştirak edib.

Onlardan 12871 nəfəri Azərbaycan, 309 nəfəri isə rus bölməsi üzrə təhsil almış şəxslərdir.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-də başlayıb və avqustun 7-si saat 23:59-dək davam edəcək.

  • Екатерина
    Avqust 7, 2023 - 14:26

    Почему в этом году так мало месть и специальностей выделено доя русского сектора? После 9 класса колледж

Екатерина üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*