Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb.
KONKRET.az “Teleqraf”a istinadən xəbər verir ki, artıq N.Nəsibovanın yerinə təyinat da olub.
Onu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əvəzləyib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.
Qeyd edək ki, N.Nəsibova 1992-ci ildən müşavir vəzifəsində çalışırdı.
