90 min şəxsin maaşı artacaq – Nazir açıqladıbackend

90 min şəxsin maaşı artacaq - Nazir açıqladı

Azərbaycanda müəllimlərin maaşları artırılacaq.

KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, indiyədək ümumilikdə 104 min təhsilverən sertifikatlaşdırma prosesinə cəlb olunub. Onlardan 73 min nəfərin əməkhaqqına əlavə edilib.

Bildirilib ki, sertifikatlaşdırma prosesi bu il də davam etdirilib. Son mərhələdə iştirak edən şəxslərin müsahibələri sentyabr ayında başa çatdıqdan sonra uğur qazananların əməkhaqqına müvafiq əlavələr ediləcək.

Emin Əmrullayev həmin şəxslərin sayının təxminən 17 500 nəfər olacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*