Ukrayna müharibənin 1710-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 586 500 hərbçi, 12 450 ədəd tank, 25 617 ədəd zirehli döyüş maşını, 51 720 ədəd artilleriya sistemi, 2 246 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 728 hava hücumundan müdafiə sistemi, 452 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 039 ədəd yerüstü robot-texnika kompleksi, 588 998 ədəd PUA, 168 274 ədəd avtomobil texnikası, 5 140 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 860 xüsusi avadanlıq itirib.
