92 yaşlı Xırdalan sakini Lətif Əliyev seçki dairəsinin daşınar qutu təklifini qəbul etməyib.
KONKRET.az xəbər verir ki, 49 saylı Abşeron ikinci seçki dairəsində qeydiyyatda olan 92 yaşlı seçici özü məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.
Xırdalan şəhər 2 saylı orta məktəbdə yerləşən 2 saylı seçki məntəqəsində səs verən Lətif Əliyev bu istəyinin səbəbii belə izah edib: “Uğrunda əsgərimizin qarış-qarış vuruşub qan tökdüyü Vətən torpağının bütövlüyü bərpa olunandan bəri ilk dəfə keçirilən parlament seçkilərində iştirak etməliydim. Allah bu günü bizlərə nəsib edən Ali Baş Komandanı qorusun”.
Qeyd edək ki, 92 saylı seçici Lətif Əliyev Əslən Göyçə mahalındandır.//Modern.az