Rusiyanın tanınmış kino və teatr aktyoru Dmitri Podnozov 64 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, sənətçinin ölümünə səbəb onkoloji xəstəlik olub. Belə ki, ötən ilin sonlarında aktyorda beyinə metastaz verməklə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.
Dmitri Podnozov ömrünün son günlərinə qədər aktiv şəkildə filmlərdə çəkilib. 40 illik kino karyerası ərzində təqribən 200 film və serialda rol alan aktyor “Q苏dar” (2025), “Prorok. İstoriya Aleksandra Puşkina” (2024), “Pançer” (2024), “Konçitsya leto” (2024), “Kapitan Volkonogov bejal” (2021), “Mediator” (2021), “Uboynaya sila” (2000) və digər məşhur layihələrlə yadda qalıb.
Natiq Səlim,
KONKRET.az
