DİQQƏT: Quru sərhədləri bu tarixdə AÇILA BİLƏRbackend

DİQQƏT: Quru sərhədləri bu tarixdə AÇILA BİLƏR

Azərbaycanda quru sərhədlərin açılması ilə bağlı müzakirələr davam edir. Xüsusilə, regionda baş verən son geosiyasi proseslər fonunda bu qərarın nə vaxt veriləcəyi yenidən gündəmə gəlib.

Bəs quru sərhədlər ilin sonuna qədər açıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, quru sərhədlərin ilin sonuna qədər açılması real görünmür.

Tbilisiyə 81 manatlıq biletlər niyə əlçatmazdır? | KONKRET

Onun sözlərinə görə, dövlət quru sərhədlərin bağlı saxlanılmasını əsasən regiondakı təhlükəsizlik vəziyyəti ilə əlaqələndirir və indiyədək bu istiqamətdə müxtəlif arqumentlər irəli sürüb.

“Cənubi Qafqazda davam edən gərginlik, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin hələ də imzalanmaması bu qərarın əsas səbəblərindən biri kimi göstərilir. Bundan əlavə, son dövrlərdə İran ətrafında cərəyan edən hadisələr də risk amillərini artırır. Bu səbəbdən quru sərhədlərin açılması hazırkı şəraitdə məqsədəuyğun hesab edilmir”, – deyə siyasi şərhçi bildirib.

C.Abbaslının fikrincə, İran ətrafındakı proseslərin yaxın aylarda yekunlaşacağı gözlənilmir. O, qeyd edib ki, ABŞ ilə İran arasında gərginliyin davam etməsi ehtimalı yüksəkdir və bu da regiondakı təhlükəsizlik mühitinə təsir göstərir.

“ABŞ-ın İrana qarşı siyasətinə Avropa İttifaqı ölkələrinin tam dəstək verməməsi də göstərir ki, proses qısa müddətdə başa çatmayacaq. Bu baxımdan hesab edirəm ki, quru sərhədlərin bağlı qalması ilə bağlı qərarın gələn ilə qədər uzadılması daha real ssenaridir”, – deyə o, vurğulayıb.

Bununla yanaşı, siyasi şərhçi quru sərhədlərin bağlı qalmasının vətəndaşlar üçün ciddi çətinliklər yaratdığını da diqqətə çatdırıb.

“Artıq əksər ölkələr sərhədlərini açıb. Azərbaycanda quru sərhədlərin bağlı qalması xüsusilə aztəminatlı insanlar üçün əlavə problemlər yaradır. Hesab edirəm ki, bu məsələ yenidən nəzərdən keçirilməlidir”, – deyə Cavanşir Abbaslı əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*