Hikmət Hacıyevin Tural Sadıqlı barədə dediklərində VACİB DETAL …backend

Hikmət Hacıyevin Tural Sadıqlı barədə dediklərində VACİB DETAL ...

Hikmət Hacıyevin Tural Sadıqlı barədə dediklərində mühüm bir detal var: vətənə xəyanət.

KONKRET.az xəbər verir ki, bununla bağlı Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Tural məmurları təndiq atəşinə tuturdu. Bir çox məmur da bunu haqq edirdi, amma Sadıqlı sonra təhqirə keçdi:

“Ən axırda da Prezident ailəsini hədəfə aldı. Amma Turalın unutduğu bir şey vardı: o həqiqətən də vətəninə xəyanət etmişdi. Bu gün ola bilər ki, xatırlamaq istəmir, amma yada salmaqda fayda var.

Ölkə müharibə ərəfəsində olanda Tural və dostları Qarabağın separatçı dəstəsinin müstəqilliyin elan etmiş, ölkəmizi ələ salır və aşağılayırdı. O günlərdən az sonra tabutlar qapılara dayandı, şəhid ailələri ordusu meydana çıxdı.

Həmin günlərdən uzun müddət sonra “Tural”lar heç bir söz tapa bilmədilər, bir müddət hətta yoxa da çıxdılar. Çünki bütün arqumentləri suya düşmüş, tapındıqları erməni maliyyəsinin dəstəklədiyi qarşı güc uduzmuşdu.

Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki, nə etmişəm axı…Nə etdiyiniz üzünüzə deyildi”, – Əlibəyli vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*