Məktəblərdə robot müəllim dərs deyəcək – Qəribə qərarbackend

Məktəblərdə robot müəllim dərs deyəcək - Qəribə qərar

ABŞ-ın Nyu-York ştatının şimalındakı Salamanka şəhərində yerləşən məktəbdə sentyabrın 1-dən etibarən insanabənzər robot müəllim fəaliyyətə başlayacaq.

KONKRET.az xəbər verir ki, silikon dərili və qadın görkəmli “Salli” adlı robot yeni tədris ilində 11–12-ci sinif şagirdlərinə proqramlaşdırma, robototexnika və süni intellekt dərslərində kömək edəcək. Layihə Stiv Voznyakın iştirakı ilə “Woz Ed” proqramı çərçivəsində həyata keçirilir.

Məlumata görə, qəhvəyi saçları, açıq rəngli dərisi, hərəkətli əlləri və həmin region üçün xarakterik aksenti olan robotun özbaşına hərəkət etmək imkanı yoxdur. Təxminən 60 min dollar dəyəri olan texnologiyanın tətbiqi məktəb direktoru Mark Biler tərəfindən təhsilin inkişafında yeni mərhələ kimi qiymətləndirilib.

Direktor qeyd edib ki, Salli müəllimləri tam əvəz etməyəcək, əsas məqsəd şagirdlərə ipuçları vermək və onlara qərarları müstəqil şəkildə tapmağa kömək etməkdir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*