Testdən sonra müsahibə: Universitetə qəbulda yeni qayda olacaq?backend

Testdən sonra müsahibə: Universitetə qəbulda yeni qayda olacaq?

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesində test imtahanından sonra əlavə müsahibə mərhələsinin tətbiqi zaman-zaman müzakirə olunan məsələlərdən biridir.

 Bəs belə bir model qəbul prosesinin daha şəffaf və keyfiyyətli təşkilinə xidmət edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, ali məktəblərə qəbul zamanı test imtahanından sonra müsahibə mərhələsinin tətbiqi məqsədəuyğun deyil.

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev... | AzEdu.az

 “Bu, doğru yanaşma olmaz. Çünki müsahibə mərhələsi müəyyən mənada subyektivlik yaradır. Hesab edirəm ki, ali məktəblərə qəbul zamanı test imtahanı kifayət edir.

Hazırda qəbul imtahanlarında istifadə olunan müxtəlif qiymətləndirmə üsulları – yazılı tapşırıqlar, situasiya xarakterli suallar və digər test mexanizmləri abituriyentlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün yetərlidir”.

Ramin Nurəliyevin fikrincə, müsahibə mərhələsinin əlavə olunması qeyri-obyektiv qərarların qəbul edilməsinə, hətta korrupsiya risklərinin yaranmasına şərait yarada bilər:

“Biz bunu bəzi qabiliyyət imtahanlarında müşahidə etmişik. Müsahibə formatı müəyyən hallarda qeyri-obyektivliyə səbəb olur. Düzdür, Dövlət İmtahan Mərkəzi son illərdə bu istiqamətdə bir sıra təkmilləşdirmələr aparıb. Lakin əvvəlki illərdə belə problemlərin şahidi olmuşuq.”

Ekspert hesab edir ki, ali təhsil müəssisələrinə qəbul zamanı test mərhələsindən sonra müsahibənin tətbiqi cəmiyyətdə müsbət qarşılanmayacaq:

“Düşünürəm ki, test imtahanından sonra müsahibə mərhələsinin tətbiqi xoş təəssürat formalaşdırmaz. Hazırda tətbiq olunan qəbul modeli ən optimal variantdır.

Mövcud test əsaslı qəbul sistemi həm şəffaflığın, həm də obyektivliyin təmin olunması baxımından daha etibarlı mexanizm hesab edilə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*