“Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısı” təsdiqlənib.
KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısı:
| Sıra
№-si |
Milli prioritet sektorlar | Məsul dövlət orqanları (qurumları) |
| 1. | Məhkəmə | Azərbaycan Respublikasının Ali Məhkəməsi,
Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası |
| 2. | Energetika | Azərbaycan Respublikasının
Energetika Nazirliyi |
| 3. | Telekommunikasiya,
nəqliyyat və logistika |
Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi |
| 4. | Vergi, sənaye, ticarət və
daşınmaz əmlak |
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi |
| 5. | Kənd təsərrüfatı | Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi |
| 6. | Təhsil | Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi |
| 7. | Səhiyyə | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi |
| 8. | Gömrük | Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi |
| 9. | Dövlət təhlükəsizliyi | Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti |
| 10. | Dövlət sektorunda informasiya təhlükəsizliyi | Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti |
| 11. | Maliyyə bazarları | Azərbaycan Respublikasının
Mərkəzi Bankı |
