Abbas Araqçı: “Dağlıq Qarabağ münaqişəsi Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər”backend

Abbas Araqçı: “Dağlıq Qarabağ münaqişəsi Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər”

“Dağlıq Qarabağdakı böhran regional səviyyədə, Rusiya, İran və Türkiyənin iştirakı ilə nizamlana bilər”.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya paytaxtında səfərdə olan İran Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Abbas Araqçı deyib.

“İranın planının ən vacib xüsusiyyəti onun regional yanaşmaya malik olması və regional yanaşmadan istifadə edərək bölgədəki nüfuzu olan ölkələrin iştirakı ilə bu böhranla mübarizə apara və ona qarşı dura bilməsindədir. Təbii ki, Rusiya da Türkiyə kimi ən vacib ölkələrdən biridir. Planın ikinci vacib xüsusiyyəti isə onun reallığı və reallığa diqqətidir. İndiyə kimi Dağlıq Qarabağda üç dəfə atəşkəs tətbiq olunsa da pozulub. Fikrimcə, bunun səbəblərindən biri regionun reallığının nəzərə alınmamasıdır. Əslində İran İslam Respublikasının planına görə, atəşkəsə birinci mərhələdə deyil, ikinci mərhələdə baxılır”, – deyə iranlı diplomat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*