ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsi çərçivəsində Türkiyədə qeydiyyatdan keçmiş 18 şirkətə sanksiya tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir.
Şirkətlər Türkiyənin müxtəlif şəhərlərində qeydiyyatdan keçib. Siyahıya daxil olan şirkətlərin bəziləri müxtəlif təyinatlı malların idxalı və ixracı ilə məşğul olur. Şirkətlərdən ikisi dəniz gəmilərinə xidmət göstərən və ya inşa edən tərsanədir.
Siyahıya həmçinin tibbi avadanlıq, kimyəvi reagentlər və biokimya üçün materiallar tədarük edən şirkət də daxildir.
May ayında ABŞ Maliyyə Nazirliyi Türkiyədə qeydiyyatdan keçmiş 17 şirkətə qarşı sanksiya tətbiq edib. Sonra beynəlxalq ticarət, material və avadanlıqların, o cümlədən elektronikanın tədarükü ilə məşğul olan şirkətlər məhdudiyyətlərə məruz qalıb. Neft-qaz sektorunda, təyyarə və kosmik gəmilərə texniki xidmət və təmir sahəsində xidmət göstərən şirkətlərə qarşı da sanksiyalar tətbiq edilib.
Burhan,
KONKRET.az
