ABŞ-a vizalar ləğv edilir – TƏFƏRRÜATLARbackend

ABŞ-a vizalar ləğv edilir - TƏFƏRRÜATLAR

Tramp administrasiyası turist vizası ilə ABŞ-a gəlib sığınacaq istəyən təxminən 200 min nəfərin vizasını ləğv etməyə hazırlaşır.

KONKRET.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. İnformasiyalara görə, yaxın həftələrdə B1 (işgüzar) və B2 (turist) vizaları ilə ABŞ-a daxil olduqdan sonra sığınacaq üçün müraciət etmiş şəxslərin vizalarının ləğvi elan ediləcək.

Söhbət 2016–2026-cı illər ərzində verilmiş B1 və B2 vizalarından gedir. Tramp administrasiyası vizaların ləğvi prosesini ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirməyi planlaşdırır.

ABŞ Dövlət Departamentinin sözçüsünün bildirdiyinə görə, məqsəd özlərini qısamüddətli ziyarətçi kimi göstərərək ölkəyə daxil olan, daha sonra isə ABŞ-da daimi qalmaq üçün sığınacaq istəyən xarici vətəndaşların qeyri-immiqrant vizalarını müəyyən edib ləğv etməkdir.

Rəsmilərin sözlərinə görə, vizanın ləğv edilməsi mütləq şəkildə dərhal deportasiya olunmaq demək deyil. Hazırda sığınacaq müraciətlərinə baxılan şəxslərin əksəriyyəti başqa hüquqi status kateqoriyasına keçiriləcək və onların işlərinə mövcud qanunvericiliyə uyğun qaydada baxılmağa davam ediləcək.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*