ABŞ Avropanı tənqid etdibackend

ABŞ Avropanı tənqid etdi

ABŞ dövlət katibinin müavini Kristofer Landau NATO üzrə Avropa müttəfiqlərini müdafiə sənayesində öz milli şirkətlərinə üstünlük verdiklərinə görə tənqid edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Landau bu fikirləri 3 dekabrda NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı səsləndirib.

Onun sözlərinə görə, Avropa ölkələri ABŞ silah istehsalçılarını kənarda qoyaraq, əsas diqqəti öz müdafiə sənayelərinə yönəldir.

Landau bildirib ki, ABŞ müdafiə şirkətləri Avropa ölkələrinin yenidən silahlanma prosesində iştirak etməlidirlər. O, həmçinin Avropa İttifaqını yalnız öhdəliklərlə kifayətlənməməyə, müdafiə xərclərini real hərbi imkanlara çevirməyə çağırıb.

“Proteksionist və eksklüziv yanaşmalar — yəni ABŞ şirkətlərini bazardan sıxışdıran siyasət bizim kollektiv müdafiəmizi zəiflədir”, – deyə Landau vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*