ABŞ bu ölkə vətəndaşlarının bütün vizalarını ləğv edirbackend

ABŞ bu ölkə vətəndaşlarının bütün vizalarını ləğv edir

ABŞ Dövlət Departamenti Cənubi Sudan hökumətini “ABŞ-dan istifadə etməkdə” günahlandırıb və bu ölkə vətəndaşlarının vizalarının ləğvi üçün hazırlıqlara başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə təlimatı Dövlət katibi Marko Rubio verib.

“Ölkəmizin immiqrasiya qanunlarının tətbiqi ABŞ-ın milli təhlükəsizliyi və ictimai təhlükəsizliyi üçün çox vacibdir. Başqa bir ölkə deport edilən vətəndaşlarını vaxtında qəbul etməlidir”, – Rubionun bəyanatında qeyd olunub.

Bildirilib ki, Cənubi Sudan bu prinsipə əməl etməyib.

Bəyanatda deyilib ki, Cənubi Sudan tam əməkdaşlıq etdikdən sonra hazırkı qərara yenidən baxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*