ABŞ bu şəxslərə viza verməyə hazırdırbackend

ABŞ bu şəxslərə viza verməyə hazırdır

ABŞ ölkədə həkim çatışmazlığının qarşısını almaq üçün xarici ölkələrin tibb işçilərinə iş vizası verməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

Məlumata görə, koronavirusa yoluxanların sayının başda Nyu York olmaqla, ABŞ-ın bir çox şəhərlərində sürətlə artması ölkədə tibb işçilərinin və ləvazimatların çatışmazlığına səbəb olub. Bu səbəbdən ABŞ rəhbərliyi çatışmazlığın qarşısını almaq məqsədilə xarici ölkələrin tibb işçilərinə iş təklif edib.

Belə ki, ABŞ Dövlət Departamentinin Konsulluq İşləri İdarəsinin rəsmi Tvitter hesabında koronavirusla bağlı işləyən və ABŞ-da çalışmaq istəyən tibb işçiləri ABŞ səfirliyinə və konsulluğuna müraciət etməyə dəvət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*