ABŞ-Çin münasibətləri bu səbəbdən pisləşməyəcək – Bayden AÇIQLADIbackend

ABŞ-Çin münasibətləri bu səbəbdən pisləşməyəcək - Bayden AÇIQLADI

ABŞ Prezidenti Co Bayden Vaşinqtonla Pekin arasında münasibətlərin hava şarına görə pisləşmədiyini bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə PBS telekanalına danışıb.

Bayden qeyd edib ki, o və administrasiya rəsmiləri Çin Sədri Si Cinpinlə danışıblar.

ABŞ Prezidenti dialoqun hətta şarla bağlı insidentdən əvvəl də getdiyinə aydınlıq gətirib.

Amerika liderinin sözlərinə görə, o, çinli həmkarına açıq şəkildə bildirib ki, Vaşinqton Pekinlə rəqabət aparmağa hazırdır, lakin onunla münaqişəyə girməyəcək.

Xatırladaq ki, fevralın 2-də ABŞ ordusu ölkənin şimal əraziləri üzərində Çin hava şarını izlədiklərini bildirib. Fevralın 4-də isə “F-22” qırıcısından atılan hava-hava raketinin köməyi ilə ölkənin cənub-şərq əyalətləri üzərində uçan Çin şarı vurulub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*