ABŞ İran neftinin satışına icazə verən lisenziyanı ləğv edirbackend

ABŞ İran neftinin satışına icazə verən lisenziyanı ləğv edir

Vaşinqton və Tehran arasında gərginlik yenidən pik həddə çatıb.

KONKRET.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti, neft məhsulları və neft-kimya məhsullarının istehsalı, daşınması, satışı və idxalına imkan verən 60 günlük lisenziyanın ləğv edildiyini açıqlayıb. İyunun 21-də verilmiş bu lisenziyanın ləğvi barədə qərar iyulun 7-dən etibarən qüvvəyə minib. Bununla yanaşı, nazirlik əvvəllər bağlanmış müqavilələrin tamamlanması üçün iyulun 17-nə qədər müddət tanıyan yeni bir lisenziya dərc edib.

Qərarın səbəbi: Hörmüz boğazındakı hücumlar

Rəsmi Vaşinqtonun bu addımı Hörmüz boğazı yaxınlığında üç tankerə edilən hücumlardan sonra atdığı bildirilir. Hadisə zamanı hədəf alınan gəmilər arasında Qətərə məxsus qaz daşıyıcısı və Səudiyyə Ərəbistanına aid neft tankeri də var.

ABŞ baş verən hadisələrə görə birbaşa İranı məsul hesab edir. İran tərəfi isə ittihamları qətiyyətlə rədd edir.

Danışıqlar təhlükədə

ABŞ və İran arasında yekun razılaşma üzrə danışıqların davam etdiyi bir vaxtda yaranan bu yeni gərginlik diplomatik prosesi tamamilə poza bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*