Kaliforniyada “Medicare” sağlamlıq proqramından fırıldaq yolu ilə 54 milyon dollardan çox pul əldə etməyə çalışan ermənilər həbs edilib.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, Los-Ancelesdən olan 36 yaşlı Sofiya Şaklyan və Berbankdan 47 yaşlı Aleks Aleksanyan 2019-2024-ci illərdə hospis xidmətləri və diaqnostik testlər üçün 54 milyon dollarlıq saxta iddialar təqdim edib.
Ümumilikdə onlar “Medicare”dən 23 milyon dollar alıblar və vəsaiti qızıl külçələr almağa sərf ediblər.
ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, onlara qarşı 24 maddə ilə ittiham irəli sürülüb.
