Texas ştatının Yuvald şəhərində orta məktəbə silahlı hücum olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 19-u uşaq olmaqla 21 nəfər həyatını itirib.
Texas ştatının qubernatoru Qreq Abbott hadisəni törədən şəxsin öldürüldüyünü bildirib.
Qeyd edək ki, bu hücum Buffalo supermarketində 10 nəfərin ölümü ilə nəticələnən atışmadan cəmi 10 gün sonraya təsadüf edir.
İqbal Rzayev,
KONKRET.az
