Avstriya, Almaniya, Yunanıstan, Danimarka və Niderland sığınacaq tələbi rədd edilən şəxslərin yerləşdirilməsi üçün Ruandada xüsusi mərkəzin yaradılması barədə razılaşma əldə etməyə yaxındır.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, razılaşmanın noyabrın ortalarında Vyana şəhərində keçiriləcək miqrasiya konfransı çərçivəsində rəsmən elan ediləcəyi gözlənilir.
Məlumata görə, büdcə məhdudiyyətləri səbəbindən Avropa İttifaqı ölkələri mövcud infrastrukturdandan, o cümlədən Böyük Britaniyanın 2022-ci ildə həyata keçirdiyi proqram çərçivəsində inşasına başlanılan obyektlərdən istifadə etməyi planlaşdırır.
Müşviq Tofiqoğlu
KONKRET.az
