Qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər – XƏBƏRDARLIQbackend

Qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər - XƏBƏRDARLIQ

“Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, mövcud iqlim siyasətləri davam edərsə, qlobal istiləşmənin sənayeləşmədən əvvəlki səviyyə ilə müqayisədə 2,8 dərəcə Selsiyə çatacağı gözlənilir”.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin iqtisadi məsələlər üzrə məsləhətçisi Xurşid Rüstəmov “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” tədbiri zamanı “NDC 3.0-a doğru: Qlobal İqlim Fəaliyyəti” mövzusunda təqdimatında bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş 155 ölkənin yeni NDC-ləri tam həyata keçirilərsə, dünya emissiyaların azaldılmasına və qlobal istiləşmənin 2.3 – 2.5 dərəcə Selsiyə endirilməsinə nail olacaq:

“Lakin bu, Paris Sazişinin məqsədinə çatmaq üçün kifayət deyil, çünki Sazişin məqsədi istiləşməni 1.5 dərəcə Selsidə məhdudlaşdırmaqdır. Burada iki əsas boşluq var: ambisiya boşluğu və icra boşluğu. Ambisiya boşluğu NDC-lər çərçivəsində müəyyənləşdirilən hədəflərin Paris Sazişinin məqsədlərinə çatmaq üçün yetərli olmamasıdır. İcra boşluğu isə qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən siyasətlərin kifayət etməməsidir. Bəs 2035-ci il emissiya hesablamaları bizə nə deyir? NDC-lərin cari səviyyəsinin 2030-cu ilə qədər emissiyaları 2019-cu ilin səviyyələri ilə müqayisədə 12% azaldacağı gözlənilir. Paris Sazişinin digər hədəfi olan 2 dərəcə Selsi yolu üçün 2035-ci ilə qədər emissiyaları 2019-cu il səviyyələrinə nisbətən 35% azaltmalıyıq. 1.5 dərəcə Selsi yolu üçün isə emissiyalar 55% azaldılmalıdır. Fərq olduqca böyükdür və məhz buna görə də BMT agentlikləri ölkələrə güclü çağırış edərək onları NDC-lərində ambisiyaları artırmağa səsləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*